Digər

İkiqat olimpiya çempionu qayıtdı

Snoubord üzrə ikiqat olimpiya çempionu amerikalı Ceymi Anderson  qayıtdığını açıqlayıb.

Aut.az xəbər verir ki, 34 yaşlı Anderson 2014-cü il Soçi və 2018-ci il Pxençxan Olimpiadalarında qızıl medal qazanıb. İdmançı ailə və şəxsi layihələrə diqqət yetirmək üçün karyerasında fasilə vermişdi.

Onun iki övladı var. Andersonun qayıtdıqdan sonra məqsədi 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır.

“Bunun haradan gəldiyini bilmirəm, amma çox istəkliyəm. Həmişə olduğu kimi, axınla gedəcəm. Dörd nəfərlik ailə ilə səyahət etmək yəqin ki, çətin olacaq, amma ana olmadan əvvəl etdiyim bəzi fəndləri yenidən öyrənməkdən ilham alıram”, – Anderson deyib.

İtaliyanın Milan şəhərində 2026-cı il Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 22-dək keçiriləcək.

Aut.az