ÇL-in əsas favoritləri – Ballakın proqnozu
Mixael Ballak Çempionlar Liqasının favoritləri haqqında fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Balak “Bavariya”nın Çempionlar Liqasının qazanmaq şansı haqqında danışıb.
“Bavariya” istənilən rəqibə qalib gələ bilər. Amma dinamikanı nəzərə almaq lazımdır: keçən mövsüm onları 1/4 finalda Milan “İnter”i məğlub etmişdi. Ona görə də “Bavariya” mənim üçün mütləq favorit deyil, daha çox iddialıdır.
Keçmiş performanslarını və yaşadıqları şokları nəzərə alaraq, “Mançester Siti”ni də əsas favorit olduğunu düşünmürəm.
Realın qalib olub-olmayacağı ilə bağlı
“Heç də yox. Orada vəziyyət təxminən “Mançester Siti”dəki kimidir”.
Favoritlər haqqında
“Əlbəttə, “Barselona”. Komanda güclüdür, xüsusən Lamin Yamalla. Onların hadisələrin gedişatını dəyişə bilən görkəmli oyunçusu var və Hansi Flik mükəmməl məşqçidir.
Təbii ki, əsas favoritlər arasında hazırkı çempion olan PSJ-nin adını çəkməliyik. Baş məşqçi Luis Enrikenin rəhbərliyi altında komanda yüksək səviyyəyə yüksəlib”.
Ballak həmçinin qeyd edib ki, “Çelsi”nin bu turnirdə sürpriz etmək şansı var.
Aut.az
