Türkiyə

Ukraynalı “Trabzonspor”dan ayrılır: Təkkədən narazıdır

Ukraynalı hücumçu Danilo Sikan “Trabzonspor”dan ayrılmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Gunebakiş” məlumat yayıb.

Onların məlumatına görə, 24 yaşlı ukraynalı komandadakı mövqeyindən narazıdır. O, kifayət qədər oyun vaxtı əldə etmir və baş məşqçi Fatih Tekkenin ona qarşı haqsızlıq etdiyini düşünür.

Sikan artıq ayrılmaq istəyi ilə bağlı “Trabzonspor” rəhbərliyini məlumatlandırıb, klub hazırda növbəti addımlarını nəzərdən keçirir. Ukraynalı artıq “Kayserispor”un da diqqətini çəkib.

Sikan bu ilin yanvarında 6 milyon avro qarşılığında “Trabzonspor”a keçib, müqavilə 2029-cu ilin yayına qədər qüvvədədir. Cari mövsümün 4 matçında Danil cəmi 61 dəqiqə oyun vaxtı alıb.

Aut.az