“Real” bu iki ulduzunu görün kimlərlə əvəzləyir
“Real” 2026/2027 mövsümü üçün heyətini indidən planlaşdırır.
Aut.az xəbər verir ki, yay transferlərindən sonra “kral klubu” müdafiə xəttini komplektləşdirmək istəyir. Bu barədə AS məlumat yayıb.
Mənbənin sözlərinə görə, müdafiəçilər Antonio Rüdiger və David Alabanın müqavilələri uzadılmayacağı üçün 2026-cı ilin yayında İspaniya nəhəngindən ayrılacağı gözlənilir.
Bu oyunçuları hazırda “Liverpul”da çıxış edən İbrahima Konate və “Real Madrid”in ikinci komandasında olan 18 yaşlı mərkəz müdafiəçisi Joan Martines əvəzləməlidir. “Kral klubu”nun baş məşqçisi Xabi Alonsonun Martinesdən yavaş-yavaş “Realın əsas komandasına fokuslanmağı istədiyi vurğulanır.
Aut.az
