Finiş xəttini 8 km irəli çəkdilər: Fələstin tərəfdarlarına görə – VİDEO
Vuelta-2025-in 16-cı mərhələsi 8 km qısaldılıb.
Aut.az xəbər verir ki, buna səbəb finiş meydançasına xeyli sayda Fələstin tərəfdarı olan etirazçıların toplaşması olub. Onlar finişə 3 km qalmış yolu da bağlayıblar.
Fəallar yolun hissələrinin birində ağacı kəsərək trasa yıxıblar. Lakin təşkilatçılar kəsilmiş ağacı vaxtında götürərək yolu təmizləməyə nail olublar.
16-cı mərhələnin finişindəki problem fərqli şəkildə həll edilib: finiş xətti 8 km irəli köçürülüb.
Aut.az
🔴 ÚLTIMA HORA
La organización de #LaVuelta25 ha comunicado que la etapa 16 finaliza a 8 kilómetros de la línea de meta por las protestas cerca de la meta en Mos (Pontevedra)
Así estaba la meta hace unos minutos #VueltaRTVE9s
📹 @angelaa_fs https://t.co/eDXlsnmRgk pic.twitter.com/fSS1xbHz3c— RTVE Noticias (@rtvenoticias) September 9, 2025
