Şengünün tripl-dablı Türkiyəni yarımfinala çıxardı
Kişi basketbolçular arasında Avropa çempionatında Türkiyə millisi yarımfinala yüksəlib.
Aut.az xəbər verir ki, 1/4 final oyununda türklər Polşanı 91:77 hesabı ilə məğlub edib.
Alperen Şengün 19 xal, 12 ribaund və 10 asistlə qaliblərin heyətində tripl-dabl edib.
Türkiyə 2001-ci ildən sonra ilk dəfə “EuroBasket”də ilk 4-lüyə daxil olub.
Aut.az
