Azərbaycan futbolu

“Neftçi”nin futbolçusu avtoqol müəllifi oldu

“Neftçi”nin futbolçusu Edvin Kuç Monteneqro millisində növbəti oyuna çıxıb.

Aut.az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv səfərdə Xorvatiya ilə qarşılaşıb. Matç xorvatların qələbəsiylə başa çatıb – 4:0.

Edvin görüşə ehtiyatda başlayıb. 74-cü dəqiqədə meydana daxil olan yarımmüdafiəçi 85-ci dəqiqədə avtoqol müəllifi olub.

Monteneqro 5 turdan sonra 6 xalla 4-cü sıradadır. Xorvatiya isə 12 xalla qrup lideridir.