Güləşçi dənizdə boğuldu
Sərbəst güləşçi Azamat Yaxutlov 21 yaşında bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə Krım Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
“Krımın ən perspektivli sərbəst güləşçilərindən biri Azamat Yaxutlovun həyatı faciəvi şəkildə yarımçıq qalıb. Sentyabrın 5-də Azamat Feodosiyada suda boğularaq dünyasını dəyişib”, – mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Azamat Yaxutlov tufan zamanı dənizə çıxıb. Bu barədə “Kommersant” məlumat yayıb. İdmançı dostları ilə dənizdə üzüb. Amma sonradan sahilə çıxa bilməyib. İdmançıya kömək etməyə çalışan xilasedici xəstəxanaya çatdırılıb. O, xəsarət alıb və hipotermiyaya məruz qalıb.
Aut.az
