Basketbol

Millinin baş məşqçisi istefa verdi

Basketbol üzrə İtaliya yığmasını baş məşqçisi Canmarko Potsekko istefa verib.

Aut.az xəbər verir ki, bu barədə “BasketNews” məlumat yayıb.

Sentyabrın 7-də İtaliya Sloveniyaya məğlub olub (77:84) və 1/8 final mərhələsində EuroBasket 2025-dən kənarlaşdırılıb. Matçdan sonra keçirilən mətbuat konfransında Potsekko bunun onun “skuadra adzurra”nın sükanı arxasında sonuncu oyunu olduğunu açıqlayıb.

O, İtaliya yığmasında 2022-ci ildən işləyirdi.

Aut.az