“Fənərbağça”nın ulduzu “Beşiktaş”a keçdi
“Fənərbağça”nın hücumçusu Cengiz Ünder icarə əsasında “Beşiktaş”a keçib.
Aut.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
28 yaşlı türklə müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub və satınalma imkanı da var. “Transfermarkt” portalı futbolçunun dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir.
Ünder “Fənərbağça”nın heyətində 43 oyun keçirib, 9 qol vurub və 3 qol ötürməsi edib.
Aut.az
