Digər

16 yaşlı idmançı yarış zamanı öldü

Fransalı velosipedçi Noa Sartis 16 yaşında yarış zamanı dünyasını dəyişib.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” yarışın təşkilatçılarına istinadən məlumat yayıb.

Hadisə sentyabrın 7-də Fransanın Kursmon şəhərində 17 yaşadək idmançılar arasında keçirilən yarış zamanı baş verib. Sartis liderlər qrupunda olarkən ürəyi dayanıb və qəfildən yerə yıxılıb.

Təcili yardım və xilasedicilər onun həyatını xilas etməyə çalışsalar da, reanimasiya uğursuz olub.

Hadisədən sonra təşkilatçılar bazar günü daha sonra keçirilməsi planlaşdırılan böyüklər yarışını ləğv etmək qərarına gəliblər.