Türkiyə

Sərgən Yalçın rus futbolçunun alınmasını tələb edir

İstanbulun “Beşiktaş” klubu Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Bartakovu heyətinə qatmaq niyyətindədir.

Aut.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 20 yaşlı rusiyalı yarımmüdafiəçinin xidmətində şəxsən “Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın maraqlıdır.

Batrakov “Lokomotiv”in yetirməsidir. Yarımmüdafiəçi 2024-cü ildən “dəmiryolçular”ın əsas komandasında çıxış edir. Bu mövsüm Aleksey bütün turnirlərdə 10 oyun keçirib, 9 qol vurub və iki məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin müqaviləsi 2029-cu ilin iyunun sonuna kimidir.

Nüfuzlu “Transfermarkt” internet portalı Batrakovun bazar dəyərini 12 milyon avro qiymətləndirir.

Aut.az