Dünya cempionatı

DÇ-2026: Türkiyə Gürcüstana qarşı

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçiriləcək.

Aut.az xəbər verir ki, ilk oyun günündə 8 görüş baş tutacaq.

A və E qruplarında komandalar ilk oyunlarına çıxacaq. Almaniya Slovakiyanın, Türkiyə Gürcüstanın, İspaniya isə Bolqarıstanın qonağı olacaq.

J qrupunda yer alan Qazaxıstan millisi Uelsi qəbul edəcək.

Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsinə bu ilin mart ayında start verilib. Həmin vaxt 5 komandalı qruplarda mübarizə başlayıb.

DÇ-2026-nın seçmə mərhələsi
4 sentyabr
A qrupu
22:45 Slovakiya – Almaniya
22:45 Lüksemburq – Şimali İrlandiya

E qrupu
20:00 Gürcüstan – Türkiyə
22:45 Bolqarıstan – İspaniya

G qrupu
20:00 Litva – Malta
22:45 Niderland – Polşa
Xal durumu: Finlandiya – 7, Niderland – 6 (2 oyun), Polşa – 6 (3 oyun), Litva – 2, Malta – 1

J qrupu
18:00 Qazaxıstan – Uels
22:45 Lixtenşteyn – Belçika
Xal durumu: Şimali Makedoniya – 8, Uels – 7, Belçika (2 oyun) -4, Qazaxıstan (3 oyun) – 3, Lixtenşteyn (3 oyun) – 0.