Sabiq “Barselona”lı “Kayrat”a məsləhət verdi
“Arsenal”, “Barselona” və Belarus millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Qleb “Kayrat”ın Çempionlar Liqasının əsas mərhələsinə düşməsinə münasibət bildirib.
Xatırladaq ki, “Kayrat” pley-off mərhələsində “Seltik”ə (0:0 3:2 pen.) qalib gəlib və tarixində ilk dəfə ən nüfuzlu Avropa kuboku turnirinin final mərhələsinə yüksəlib.
Aut.az xəbər verir ki, “Sports.kz” Qlebdən sitat gətirib: “Bu, bütün Qazaxıstan üçün gözəl püşkatmadır – ölkəyə ən güclü komandalar gələcək. Böyük həyəcan olacaq və futbolçular inanılmaz təcrübə qazanacaqlar. Dünya səviyyəli komandanın stadionuna çıxmaq… Onlara hər dəqiqədən həzz almağı arzulayıram. “Kayrat”a sadəcə oynamaq və heç kimdən qorxmamaq lazımdır”.
Çempionlar Liqasının ümumi mərhələsi çərçivəsində “Kayrat” “Real Madrid”, “İnter”, “Brügge”, “Arsenal”, “Olimpiakos”, “Sportinq”, “Pafos” və “Kopenhagen”lə oynayacaq.
Aut.az
