Dünya futboluTürkiyə

“Spartak” onu “Fənərbağça”dan havayı transfer etmək istəyir

Moskva “Spartak”ı Türkiyənin “Fənərbağça” klubunun mərkəz müdafiəçisi Aleksandr Cikanı transfer etmək üçün işlərini davam etdirir.

Aut.az xəbər verir ki, “Foot Mercato”nun məlumatına görə, “qırmızı-ağlar” futbolçunu azad agent kimi pulsuz transfer etmək niyyətindədir.

Qana millisinin oyunçusunun “Fənərbağça” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub, lakin “Spartak” İstanbul klubunun müdafiəçini təzminatsız buraxacağına ümid edir. Bundan əvvəl futbolçunun həyat yoldaşının onun Rusiyaya köçməsinə qarşı olduğu bildirilirdi.

Mənbənin məlumatına görə, “Spartak” futbolçu uğrunda üç klubla yarışır: Türkiyənin “Beşiktaş”, İtaliyanın “Fiorentina” və Portuqaliyanın “Braqa”.

Aut.az