Karyerasını bitirmək üçün atasından iki dəfə icazə istəyib: Amma…
“Aston Martin” pilotu Lens Stroll atasından ən azı iki dəfə Formula 1 karyerasını bitirmək üçün icazə istəsə də, rədd cavabı alıb.
Aut.az xəbər verir ki, bu barədə tanınmış braziliyalı jurnalist Reqinaldo Lemenin məlumat yayıb.
“Stroll 2023 və 2024-cü illərdə təqaüdə çıxmaq üçün icazə istədi. Mən bu barədə Spaya son səfərim zamanı öyrəndim. Amma atası ona icazə vermədi”, – Lens “AutoMotor” podkastına deyib.
Yada salaq ki, Stroll Niderland Qran Prisi zamanı iki qəza keçirib – əvvəlcə ikinci məşq zamanı, sonra sıralanma mərhələsində.
Aut.az
