Cüdo

DÇ: Azərbaycan millisi Gürcüstanı məğlub etdi

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışına qələbə ilə başlayıb. 

Aut.az xəbər verir ki, yığma 1/8 final mərhələsində Gürcüstanla üz-üzə gəlib.

Azərbaycan seçməsi rəqibini 4:2 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.

Azərbaycan cüdoçuları daha əvvəl fərdi yarışı iki bürünc medalla başa vurublar. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat əldə ediblər.