Azərbaycan futbolu

U-19 millisinin heyəti açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 30-da və 31-də Bakıda, sentyabrın 1-dən 10-dək isə Sloveniyanın Çatej şəhərində təlim-məşq toplanışında olacaq.

Aut.az xəbər verir ki, U-19 Çatej toplanışı çərçivəsində “Slovenia Nations Cup” turnirində iştirak edəcək. Komanda İslandiya, Farer adaları və Polşanın müvafiq yaş qrupundan ibarət yığmaları ilə qarşılaşacaq.

Millinin toplanış üçün heyətini və keçirəcəyi oyunların təqvimini diqqətinizə çatdırırıq:

Nr. Soyadı / Adı Klub
1 Həbib Hüşənov Qəbələ
2 Ayxan Abbaszadə Turan Tovuz
3 Aftandil Arıxov Sumqayıt
4 Rəşad Alışov Qarabağ
5 Ömər Həsənli Zirə
6 Əlibəy Mahmudov Sabah
7 Məsud Əlişanlı Qarabağ
8 Seydi Danzıyev Sabah
9 Vüsal Paşayev Sumqayıt
10 Ramin Əvəzov Sabah
11 Həzrət Səmədov Sabah
12 Eltun Babazadə Qarabağ
13 Emil Həsənov Sumqayıt
14 Mehdi Mütəllimli Qarabağ
15 Anar Hüseynov Sabah
16 Arzu Mədətov Turan Tovuz
17 Ziya Şəkərxanov Qəbələ
18 Cəlil Allahverdiyev Kəpəz
19 Şahin İbrahimov Sabah
20 Əliəkbər Rzazadə Qarabağ
21 Rauf Qafarov Zirə
22 Nihad Orucəli Sumqayıt
23 Əhməd Vəliyev Qarabağ
24 Röyal Fərzullazadə Neftçi

Oyunların təqvimi:

3 sentyabr
19:00. Azərbaycan (U-19) – İslandiya (U-19) (Preddvor)

6 sentyabr
13:00. Azərbaycan (U-19) – Farer adaları (U-19) (Qrosuplye)

9 sentyabr
13:00. Polşa (U-19) – Azərbaycan (U-19) (Çatej)