Nüfuzlu turnirdə Fələstinə görə etiraz – VİDEO
Çərşənbə günü, avqustun 27-də “Vuelta 2025”in 5-ci mərhələsində siyasi çalarlı qalmaqal baş verib.
Aut.az xəbər verir ki, məsafənin hissələrindən birində etirazçılar Fələstinə dəstək plakatları ilə trasa çıxıb, iştirakçı komandalardan birinin yolunu kəsiblər. Komanda təsadüfən seçilməyib – onlar İsrailin “Israel Premier Tech” komandasının yolunu kəsiblər.
Komandanın bəzi idmançıları dayanmaq məcburiyyətində qaldılar və “İsrail Premier Tech”dən olan digər idmançılar da onları gözləməli olublar.
Bu, komandanın yekun nəticəsinə mənfi təsir edib.
Yarış hakimləri “İsrail Premier Tech”ə 15 saniyə itirdiyi vaxta görə kompensasiya ödəməyə qərar veriblər. Bu, komandaya beşinci mərhələnin nəticələr cədvəlində 19-cu yerdən 14-cü yerə yüksəlməyə imkan verib.
Aut.az
Este es el momento en el que manifestantes a favor de Palestina han interrumpido la crono por equipos del equipo Israel, en protesta por la actuación del estado israelí en la guerra de Gaza.#LaVuelta25 #VueltaRTVE27a #ciclismo pic.twitter.com/mSY4uetXfY
— Teledeporte (@teledeporte) August 27, 2025
