Konfrans Liqası

Hakim stadionun diktorunu qovdu: Bu hərəkətinə görə – VİDEO

Konfrans Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Universitatea” (Rumıniya) – “Başakşəhər” (Türkiyə) matçında maraqlı hadisə yaşanıb.

Aut.az xəbər verir ki, görüşün 81-ci dəqiqəsində meydan sahibləri görüşdə üçüncü qollarını vurublar. Bundan sonra “Universitatea”nın stadionunun diktoru çox emosional davranaraq meydanın içinə qədər gəlib.

Almaniyalı hakim Daniel Şlager ona qırmızı vərəqə göstərməli olub. Diktor meydanı tərk edərkən belə üçüncü qolu vuran oyunçunun, hücumçu Stiven Nsimbanın adını səsləndirməyə davam edib.

Oyun elə 3:1 hesabı ilə başa çatıb (iki oyunun cəmində 5:2). Rumıniya klubu Konfrans Liqasının əsas mərhələsinə yüksəlib.

Heybət