İsayev niyə oynamır? – Bunu düşmənimə də arzulamazdım
“Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev Çempionlar Liqasının seçmə mərhələsinin oyunlarında iştirak etməməsinin səbəblərini açıqlayıb.
Aut.az xəbər verir ki, İsaev bu barədə “Çempionat”ın müxbiri Oleq Lısenkoya eksklüziv müsahibəsində deyib.
“Əslində bu, köhnə problemdir. Omba oynağındakı osteofitlərə (böyümələr) görə normal oynaya bilmədim. Ağrı dəhşətli idi – bunu düşmənimə də arzulamazdım. Demək olar ki, bütün ötən mövsüm bundan əziyyət çəkdim.
Bu, daha yaxşı forma almağıma, imkanlarımın zirvəsinə çatmağıma mane oldu. Çempionatın sonunda oynağımı təmizləmək qərarına gəldim. Mən artıq sahəyə daxil olmuşam, bir həftə sonra ümumi qrupa qayıdacağam”, – İsayev deyib.
Aut.az
