BoksBasketbol

Şakil O’Nil onunla döyüşəcək? – Oğlu deyir ki…

Şöhrət Zalının üzvü, dördqat NBA çempionu Şakil O’Nilin oğlu Mayls O’Nil atası ilə Çarli Mak kimi tanınan Hollivud ulduzlarının keçmiş cangüdəni Uill Smit Çarlz Alston arasında gözlənilən boks görüşünü şərh edib.

Şakil daha əvvəl Çarli Makın çağırışını qəbul etdiyini bildirmişdi.

Aut.az xəbər verir ki, TMZ kiçik O’Nildən sitat gətirib:

“Mən hər gün atam üçün narahat oluram. Heç bilmirəm necə olacaq. Boks matçı bir növ dəlilikdir, amma mən orada olacağam. Atama dəstək olacağam. Ona məşq etməkdə və bütün bu işlərdə kömək edəcəyəm”.

Aut.az