Almaniya

“Borussiya” baş məşqçisi ilə bağlı qərar verdi

“Borussiya Dortmund” baş məşqçi Niko Kovaçla müqavilənin uzadıldığını açıqlayıb.

Aut.az xəbər verir ki, tərəflər arasındakı yeni razılaşma 2027-ci ilə qədər nəzərdə tutulub.

53 yaşlı mütəxəssis ötən qışdan Dortmund klubuna rəhbərlik edir. Kovaçın rəhbərliyi altında “Borussiya” ötən mövsüm çempionatda 4-cü yeri tutub və Çempionlar Liqasına vəsiqə qazanıb.

Aut.az