31 yaşında karyerasını bitirdi
Tanınmış norveçli dağ xizəkçisi Rasmus Vindinqstad 31 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə “NeveItalia” məlumat yayıb.
İdmançı Olimpiya mövsümü ərəfəsində bu qərarını son qış kampaniyası zamanı motivasiyasını itirməsi ilə izah edib. Vindinqstadın karyerasında əsas uğur 2022-ci il Pekin Olimpiadasında komanda yarışında bürünc qazanmasıdır.
Norveçli 2015/16 mövsümündən dünya çempionatında mübarizə aparır. O, Dünya Kubokunda bir qələbə qazanıb və ümumilikdə dörd dəfə fəxri kürsüyə qalxıb. O, üç dəfə – 2015, 2019 və 2023-cü illərdə Dünya Çempionatında iştirak edib.
Aut.az
