Şedevr: Son Hın Minin MLS-də ilk qolu – VİDEO
Artıq Son Hın Min ABŞ-da özünü ən yaxşı tərəfdən göstərməyə başlayıb.
Aut.az xəbər verir ki, koreyalı “Los Anceles”dəki üçüncü oyununda debüt qolunu vurdu. Bu, şedevr idi – topu birbaşa cərimə zərbəsindən qapının yuxarı küncünə göndərdi.
Oyun 1:1 hesabı ilə başa çatıb. Cənubi Koreyalı ardıcıl ikinci oyunda matçın ən yaxşı oyunçusu seçilib.
Aut.az
