Azərbaycan futbolu

Mövsümün ən erkən qolu Şamaxıda qeydə alındı

Azərbaycan Premyer Liqasında mövsümün ən erkən qolu vurulub.

Aut.az xəbər verir ki, bu qol 2-ci tur çərçivəsində hazırda ilk hissəsi oynanılan “Şamaxı” – “Sabah” matçında qeydə alınıb.

Qonaqlar meydan sahiblərini matçın 39-cu saniyəsində məyus ediblər. Rəhman Daşdəmirovun ötürməsini Coy Lens Mikels inamla tamamlayıb.