Azarkeşlər qəzəbləndi: Rəhbərliyin istefasını tələb edirlər
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Şotlandiyanın “Seltik” klubu Qazaxıstan “Kayrat”ı ilə qolsuz heç-heçə edib – 0:0.
Aut.az xəbər verir ki, Bu nəticə şotlandiyalı azarkeşləri hiddətləndirib. Onlar hələ stadionda ikən yalnız baş məşqçinin deyil, bütün rəhbərliyin istefasını tələb edərək şüarlar səsləndiriblər.
Matçdan sonra baş məşqçi Brendan Rocers “TNT Sports”a açıqlamasında azarkeşlərin reaksiyasına münasibət bildirib:
“İndiyə qədər heç bir idarə heyətinin istefaya göndərildiyini görməmişəm. Adətən hər klubda baş məşqçini istefaya göndərirlər, rəhbərliyi yox”.
Rocers həmçinin etiraf edib ki, komandanın güclənməyə ehtiyacı var, çünki bəzi futbolçular qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmir.
Aut.az
