Çempionlar Liqası

“Reyncers” evdə uduzdu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.

Aut.az xəbər verir ki, Azərbaycan təmsilçisi Macarıstanda “Ferentsvaroş”un qonağı olub. Görüş “Qarabağ”ın qələbəsiylə başa çatıb – 3:1.

Serbiyanın “Srvena Zvezda” klubu Kipr təmsilçisi “Pafos”a, Şotlandiya “Reyncers”i isə “Brügge”yə uduzub.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

19 avqust

Srvena Zvezda (Serbiya) – Pafos (Kipr) 1:2
Qollar: B.Duarte, 58 – X.Korrea, 1, Pepe, 52 (pen.)

Ferentsvaroş (Macarıstan) – Qarabağ (Azərbaycan) 1:3
Qollar: B.Varqa, 29 – M.Yankoviç, 50, K.Medina, 67, M.Qurbanlı, 85

Reyncers (Şotlandiya) – Brügge (Belçika) 1:3
Qollar: D.Pereyra, 50 – R.Verman, 3, X.Spilers, 7, B.Mexele, 20