“Qalatasaray”ın yeni transfer hədəfi müəyyənləşdi
CSKA-nın yarımmüdafiəçisi Matvey Kislyak karyerasını Türkiyədə davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Fotomaç” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 20 yaşlı rusiyalı futbolçu ilə “Qalatasaray” maraqlanır. İstanbul klubunun rəhbərliyi oyunçu üçün təklif hazırlayır.
Kislyak cari mövsümdə 5 oyunda çıxış edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
