Simoeneli “Atletiko” ilə belə vəziyyətə düşməmişdi
“Atletiko” klubu La Liqanın ilk turunda gözlənilmədən “Espanyol”a uduzub.
Aut.az xəbər verir ki, “matrasçılar” 37-ci dəqiqədə Yulian Alvaresin cərimə zərbəsindən vurduğu qolla hesabı açsalar da, meydan sahibləri oyunun gedişatını dəyişərək əzmkar qələbə qazanıblar. Barselona təmsilçisinin qollarını 73-cü dəqiqədə Miqel Rubio və 84-cü dəqiqədə Pere Milya vurublar.
Bu, Dieqo Simeonenin rəhbərliyi altında “Atletiko”nun ilk dəfə La Liqanın start oyununda məğlub olmasıdır. Madridlilər sonuncu dəfə mövsümün ilk turunda 2009-cu ildə “Malaqa”ya 0:3 hesabı ilə uduzmuşdular.
Simeone isə “Atletiko”nun baş məşqçisi postuna 2011-ci ilin sonunda gətirilib və argentinalının rəhbərliyi altında komanda iki dəfə İspaniya çempionu olub.
