Digər

Azərbaycan yığması “Qalatasaray”a qalib gəldi

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda qüvvəssini sınayıb.

Aut.az xəbər verir ki, millimiz “Qalatasaray”ın U-18 komandası ilə qarşılaşıb.

Daha üstün oyu nümayiş etdirən qızlarımız 57:50 hesabı ilə qalib gəliblər.

Hazırlıq prosesi avqustun 18-dək davam edəcək.