Obradoviç onu dünyanın ən yaxşı oyunçusu adlandırdı
“Partizan”ın basketbol komandasının baş məşqçisi Zelko Obradoviç həmvətəni Nikola Yokiç barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“O, dünyanın ən yaxşı oyunçusudur. Basketbola həvəsi böyükdür. Həyatı boyu basketbolla yaşayır. Oyundakı hər hərəkətindən görünür ki, basketbola nə qədər sadiqdir”.
Keçən mövsümdə Nikola Yokiç NBA-də 84 oyunda iştirak edib (pley-off daxil olmaqla) və ortalama olaraq 29 xal, 12,8 ribaund və 9,9 assist göstərib.
Aut.az
