Basketbol

İdman tarixinin ən bahalı klub satışı təsdiqləndi

NBA klubları rəhbərlərinin şurasının iclası keçirilib.

Aut.az xəbər verir ki, toplantıda “Boston Seltiks”in 6,1 milyard dollara satılması ilə bağlı razılaşma yekdilliklə təsdiqlənib. Bu barədə NBA-nın rəsmi saytı məlumat yayıb.

Liqa bildirib ki, sövdələşmənin yaxın zamanda başa çatacağı gözlənilir və bu, “Boston”un satışını idman tarixindəki ən bahalı əməliyyat edəcək. Əvvəlki rekord 2023-cü ildə 6,05 milyard dollara satılan NFL klubu “Vashinqton Kommanders”ə məxsus idi.

NBA çərçivəsində isə ən bahalı satış 2023-cü ildə gerçəkləşmişdi. Həmin vaxt Mett İşbia “Foniks Sans”ı 4 milyard dollara almışdı. Lakin “Seltiks”in yeni rekordu belə qısa müddətli olacaq, çünki NBA klub rəhbərləri “Los Angeles Leykers”in 10 milyarda satılmasına da yaxın zamanda təsdiq verəcək.

Aut.az