“Benfika”dan “Gəncə”yə
Braziliyalı voleybolçu Luiza Tomas karyerasını Azərbaycanda davam etdirəcək.
Aut.az xəbər verir ki, “Gəncə” klubu oyunçu ilə müqavilə imzalayıb.
O, ötən mövsümü Portuqaliyanın “Benfika” komandasında keçirib.
L.Tomas Portuqaliya Superkubokunun və I divizionunun qalibi olub.
Aut.az
