Kralla vida: Lebronun karyerasını bitirə biləcəyi 3 komanda
“Leykers”in super ulduzu Lebron Ceymsin karyerasının sonu yaxınlaşdıqca, bunun hansı komandada baş verəcəyi müzakirə olunur.
Aut.az xəbər verir ki, bu barədə “Dallas Hoops Journal” məlumat yayıb.
Lebron 2025-26 mövsümü üçün oyunçu opsiyasını aktivləşdirdikdən sonra 40 yaşlı forvardın azad agent olacağı proqnozlaşdırılır.
Artıq onunla 3 komandanın maraqlandığı bildirilir.
Mənbənin məlumatına görə, “Qolden Steyt”, “Klivlend” və “Dallas” Ceymsi azad agent kimi almağa çalışacaq.
Lebron Ceymsin bu ilin sonunda 41 yaşı tamam olur. Basketbolçunun növbəti müqaviləsinin sonuncu olacağı gözlənilir.
Aut.az
