Azərbaycan futboluKonfrans Liqası

“Sabah” “Levski”yə məğlub oldu

“Sabah” bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.

Aut.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda səfərdə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşıb.

Bakı təmsilçisi əvvəlki mərhələdə Moldova “Petrokub”unu məğlub edib, Sofiya klubu isə Avropa Liqasında Portuqaliyanın “Braqa” komandasına uduzub. Cütün qalibi növbəti raundda “Alkmar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.

Bu komandaların ilk görüşündə isə “Levski” son dəqiqə qolu ilə qalib gəlib.

Komandalar arasında cavab oyunu avqustun 14-də keçiriləcək.

22:00 “Levski” (Bolqarıstan) – “Sabah” (Azərbaycan) 1:0

Qol: Borislav Rupanov, 90+8.

Sofiya, Georgi Asparuhov stadionu
Baş hakim – Duye Strukan (Xorvatiya)

Komandalar arasında cavab oyunu avqustun 14-də baş tutacaq.

“Sabah”: 92. Stas Pokatilov, 3. Stiv Solvet, 7. Boyan Letić, 5. Rəhman Daşdəmirov, 13. İvan Lepinitsa, 18. Pavol Şafranko (k), 20. Coy-Lens Mikels, 22. Zinədin Uld Xaled, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 80. Akim Zedadka

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 89. Rauf Əyyubov, 2. Amin Seydiyev, 6. Abdullah Xaybullayev, 8. Ayaz Quliyev, 10. Anatoli Nuriyev 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 33. Umarali Raxmonaliyev, 53. Andrey Viktor, 88. Xəyal Əliyev, 99. Nyeqoş Kupusoviç

“Levski”: 92. Vutsov, 3. Maykon, 4. Makun, 10. Mitkov, 12. Sangare, 17. Everton Bala, 18. Trdin, 21. Aldair Neves, 50. Dimitrov, 88C. M. Petkov (k), 99. Kirilov

Ehtiyat oyunçular: 1. O. Vladimirov, 78. Lukov, 6. Venderson Tsunami, 7. Fabio Lima, 8. Ohene, 22. Soula, 23. Mysloviç, 37. Rildo, 71. Kamdem, 77. Rupanov, 95. Fabien