Boks

O vaxtlar boksa nifrət edirmiş

İstedadlı britaniyalı ağır çəkili Mozes İtauma həyatında boksa nifrət etdiyi anlar olduğunu bildirib.

Aut.az xəbər verir ki, idmançı fikirlərini “The Ring”lə bölüşüb .

“Ben Davisonun (məşqçisi) yanına ilk dəfə gələndə o, aşılamağa başladı ki, mən boksu sevirəm. Amma o vaxtlar, sadəcə, bu idman növünə nifrət edirdim.

O, mənə göstərdi ki, boksda ikilikdən daha çox şey var. Ben mənə şahmat boksunu öyrətdi. Amma məndən məqsəd barədə soruşsanız, cavab verəcəm: Dillon Uayteni nokaut etmək”, – İtauma deyib.

Xatırladaq ki, may ayında Mozes təcrübəli Mayk Baloqunu nokaut etmişdi. Bu qələbə ona WBO reytinqində birinci yerə yüksəlməyə imkan verdi.

Uayta qarşı döyüş avqustun 16-da Ər-Riyadda keçiriləcək. Dillian sonuncu dəfə rinqə 2024-cü ilin sonunda Ebenezer Tettehə qalib gələndə çıxıb.

Aut.az