TürkiyəÇempionlar Liqası

Mourinyo ümidini itirmir: Bu stadionda heç vaxt qalib gəlməmişəm, amma…

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Feyenoord”a qarşı keçirilən ilk oyunu (1:2) şərh edib.

Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının çıxışından razı qalıb:

“Futbolçularımın oyunundan çox razı qaldım. Rəqib yaxşı komanda olsa da, çətinliklər yaşadı. Matça biz nəzarət etdik. Adətən, məğlubiyyətlərdən sonra hakimləri tənqid etməklə tanınıram, amma bu dəfə referi möhtəşəm idi. O, dünya səviyyəsində idarəçilik göstərdi. Matçı uduzduq, amma müharibə bitməyib. Mən bu stadionda heç vaxt qalib gəlməmişəm, amma bu komandaya qarşı oynadığım ikinci oyunlarda həmişə bu qələbə qazanmışam”, – deyə Mourinyo mətbuat konfransında bildirib.

Qeyd edək ki, cavab görüşü 12 avqustda İstanbulda keçiriləcək.