Azərbaycan futbolu

“Karvan”da portuqaliyalı futbolçu

“Karvan Yevlax” klubu növbəti transferini həyata keçirib.

Aut.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Portuqaliyalı yarımmüdafiəçi Vitor Roşa ilə 1 illik müqavilə imzalanıb.

29 yaşlı futbolçu son olaraq ölkəsinin “Sanjoanense” klubunda forma geyinib.