Azərbaycan futbolu

Qurban Qurbanov Şimali Makedoniyada onunla görüşdü: Bu nədir

UEFA Çempionlar Liqasının 3-cü tənsifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” ilə qarşılaşacaq “Qarabağ”ın oyunöncəsi məşqində maraqlı hadisə yaşanıb.

Aut.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov sabiq futbolçusu Muarem Muarem ilə görüşüb. Səmimi söhbət əsnasında təcrübəli mütəxəssis artıq çəkisi olan keçmiş tələbəsinə “bu nədir?” deyə zarafat edib.

Daha sonra Qurbanov futbolçunun karyerası ilə maraqlanıb və onu çox sevdiklərini bildirib. Muarem isə öz növbəsində “Qarabağ”ın bütün oyunlarını izlədiyini və hazırkı işində isə ondan öyrəndiklərini tətbiq etdiyini qeyd edib.

Muarem Muarem 2 dönəm “Qarabağ”da çıxış edib. O, əvvəlcə 2012-ci ilin yanvarından 2015-ci ilin iyuluna qədər, daha sonra isə 2016-cı ilin yanvarından 2017-ci ilin yayına kimi Ağdam klubunun formasına geyinib. O, klubun tarixinə düşən futbolçulardan biridir. Belə ki, onun vurduğu qol sayəsində “Qarabağ” tarixində ilk avrokubokların qrup mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Şkendiya” – “Qarabağ” matçı bu gün saat 22:00-da baş tutacaq.