Formula 1

Yarışı bitirəcəyinə də şübhə edirmişlər: Leklerin problemləri açıqlandı

“Ferrari” komandasının rəhbəri Frederik Vasser Macarıstan Qran Prisi zamanı Çarlz Leklerin maşınına dəyən ziyanın təfərrüatlarını açıqlayıb.

Aut.az xəbər verir ki, onun sözlərini komandanın mətbuat xidməti yayıb.

Vasserin sözlərinə görə, yarışın ikinci yarısında Leklerin bolidi şassi ilə bağlı müəyyən problemlər yaşayıb və bu, onun avtomobilini idarəolunmaz hala gətirib.

“Yarışda Çarlz ilk iki hərəkəti nəzarətdə saxladı, xüsusilə birincisi çox yaxşı idi, Çarlz “McLaren” və Rasseli qabaqladı. İkinci mərhələdə o, bir az daha çox təzyiq altında idi, son mərhələdə isə hər dövrə üçün iki saniyə itirirdik.

İndi bizə Çarlzın avtomobili idarə etməsini çətinləşdirən şassi ilə nə baş verdiyini anlamaq lazımdır. Ən azı dördüncü yer üçün xal qazandıq, çünki onun hətta yarışı bitirə bilməyəcəyinə şübhələr var idi. Mən onun məyusluğunu tam başa düşürəm, çünki Piastrini yaxalayırdıq və onun bunu etmək üçün ehtiyatda kifayət qədər gücü var idi”, – Vasser bildirib.

Aut.az