Avropa çempionu öldü
İtaliya yığmasının heyətində 1980-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı Marko Bonamiko 69 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə avqustun 4-də İtaliya Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İdmançının ölümünün səbəbi dəqiqləşdirilməyib.
Marko Bonamiko 1957-ci il yanvarın 18-də anadan olub. O, İtaliya yığmasının tərkibində Moskva Olimpiadasında gümüş medal qazanıb, burada italyanlar yarımfinalda SSRİ yığmasına 87:85 hesabı ilə qalib gəlsə də, finalda Yuqoslaviya komandasına uduzub – 77:86.
1983-cü ildə Bonamiko Avropa çempionu olub. O, karyerası ərzində bir sıra İtaliya klublarında, o cümlədən “Virtus Bolonya” və “Olimpia Milan”da çıxış edib.
Aut.az
