2-ci Liqada “altılıq” sistemi
Peşəkar Futbol Liqası 1-ci və 2-ci Liqaların yeni mövsümü ilə bağlı qərar verib.
Aut.az xəbər verir ki, yeni mövsümdə 1-ci Liqada 10, 2-ci Liqada isə 12 komandanın mübarizə aparacağı dəqiqləşib.
2-ci liqada “altılıq” sistemi də tətbiq olunacaq. Amma bu, iki dövrədən sonra qüvvəyə minəcək və bir dövrədən ibarət olacaq.
PFL-in bu barədə tezliklə rəsmi açıqlama verməsi gözlənilir.
