Formula 1-in gələcək komandası özünə sponsor tapdı
Gələcək Formula 1 komandası “Audi”, gələn mövsümdən başlayacaq titul sponsorluq müqaviləsi imzaladığını elan edib.
Aut.az xəbər verir ki, bu barədə Formula 1 saytı məlumat yayıb.
Alman avtomobil istehsalçısı 2026-cı ildə “Kik “Zauber” komandasının yerini tutaraq “motoidman kraliçası”na qoşulacaq. İndi isə yeni komandaya kimin sponsorluq edəcəyi bəllidir.
“Audi”, qlobal maliyyə texnologiya şirkəti “Revolut”un 2026-cı il mövsümündən etibarən onun baş tərəfdaşı olacağını açıqlayıb.
Press-relizdə deyilir ki, ortaqlığın ümumi məqsədi “yeni nəsil avtoidman həvəskarları üçün unikal təcrübələr” yaratmaqdır.
Aut.az
