Azərbaycan futbolu

“Turan Tovuz” Albaniya və Mərakeş klubları ilə qarşılaşacaq

“Turan Tovuz” Türkiyə təlim-məşq toplanışı çərçivəsində daha iki yoxlama oyununa çıxacaq.

Aut.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Baş məşqçi Kurban Berdıyev avqustun 2-də Albaniya təmsilçisi “Flamurtari”, avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la görüşlərdə komandanı sınaqdan keçirəcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.