Digər

Əfsanəvi idmançı Pakistan dağlarında qəzaya uğrayıb: Hələ tapa bilməyiblər

Əfsanəvi biatlonçu Laura Dalmayer Pakistan dağlarında baş verən qəzada ağır yaralanıb.

Aut.az xəbər verir ki, onu hələ də təxliyə etm\yiblər.

Bu barədə “Eurosport” yazıb. İkiqat olimpiya çempionu qaya sürüşməsi nəticəsində xəsarət alıb. Xilasetmə əməliyyatında yaranan çətinliklərə görə hələlik heç kim ona çata bilməyib.

ZDF-nin məlumatına görə, Dalmayer, ehtimal ki, hadisədən sonra qəza siqnalı göndərə bilib. Onun Pakistanın Karakoram dağ silsiləsində, Laila zirvəsində olduğu ehtimal olunur.

“Hazırda beynəlxalq dağ-xilasetmə qrupu təxliyəni koordinasiya edir. Onlara bölgədə olan təcrübəli alpinistlər dəstək verir. Qəza ilə bağlı əlavə məlumat etibarlı məlumatlar əldə olunan kimi dərc olunacaq. Dalmayerin ailəsinə və yaxın ətrafına hörmət edərək, ictimaiyyətdən sorğular aparmaqdan çəkinməyi və yaxınlarının məxfiliyinə hörmətlə yanaşmaq xahiş olunur”, – məlumatda deyilir.

Aut.az