Dünya futbolu

MLS tarixinin ən yaxşı “əlavə statuslu futbolçular”ı: Messi görün neçəncidir

İdman kanalı ESPN MLS tarixində ən yaxşı”əlavə statuslu futbolçular” (designated players) üzrə öz reytinqini tərtib edib.

Aut.az xəbər verir ki, siyahının ilk pilləsində 2011-ci ildə “Los-Anceles Qalaksi”yə qoşulan irlandiyalı Robbi Kin yer alıb. İkinci yerdə 2015-ci ildə “Toronto”da parlayan italiyalı Sebastyan Covinko qərarlaşıb. “İlk üçlüy”ü 2018-ci ildən “Los-Anceles”də çıxış edən meksikalı Karlos Vela tamamlayır.

ESPN-in siyahısında Lionel Messinin “İnter Mayami”yə keçidi 4-cü, Tyerri Anrinin “Nyu-York Red Bulls” macərası 6-cı, Zlatan İbrahimoviçin “Qalaksi”dəki dönəmi isə 9-cu sırada göstərilib.

Qeyd edək ki, “Bekhem qaydası” kimi tanınan bu sistem 18 il əvvəl MLS-də hər kluba maaş limitindən kənar maksimum 3 futbolçu ilə müqavilə bağlamağa icazə verilməsi üçün tətbiq olunub. Bu qərar “Los-Anceles Qalaksi” klubunun Devid Bekhemi transfer etməsinə şərait yaratmaq məqsədi daşıyırdı.

ESPN-in hazırladığı TOP-10:

  1. Robbi Kin – “Los-Anceles Qalaksi”
  2. Sebastyan Covinko – “Toronto”
  3. Karlos Vela – “Los-Anceles”
  4. Lionel Messi – “İnter Mayami”
  5. Dieqo Valeri – “Portlend”
  6. Tyerri Anri – “Nyu-York Red Bull”
  7. Cozef Martines – “Atlanta”
  8. Lendon Donovan – “Los-Anceles Qalaksi”
  9. Zlatan İbrahimoviç – “Los-Anceles Qalaksi”
  10. Klint Dempsey – “Sietl”