Dünya futbolu

Cəlal Hüseynov oynadı?

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun komandası “Arda” Bolqarıstan çempionatında növbəti matçına çıxıb.

Aut.az xəbər verir ki, sözügedən kollektiv 2-ci turun oyununda “Lokomotiv Sofiya”nı qəbul edib.

Matç 1:1 hesabı ilə başa çatıb.

Cəlal  da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, ilk xalını qazanan “Arda” hazırda turnir cədvəlinin 13-cü pilləsində mövqe tutub.