Nüfuzlu turnirdə insident törədən şəxsə bu cəza verildi
“Tur de Frans – 2025”-in 17-ci mərhələsində velosipedi trasa çıxaran pranker yarış qaydalarını pozduğuna, tabe olmaqdan boyun qaçırdığına və dövlət qulluqçuşuna hücum etdiyinə görə səkkiz aylıq şərti həbs cəzasına məhkum edilib.
Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məluumat yayıb.
30 yaşlı kişi magistral yolda onu vuran polisə 500 avro ödəməli olub.
Hadisə “Tour de Frans”ın 17-ci mərhələsinin finişində baş verib. Naməlum şəxs adi idmançıların geyimində trasa çıxıb. Polis məmuru cinayətkarı velosipedindən yerə yıxıb, bundan sonra o, saxlanılıb.
Aut.az
