Azərbaycan futbolu

“Karvan”da daha bir transfer

Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “Karvan” növbəti transferini açıqlayıb.

Aut.az xəbər verir ki, klubdan verilən məlumata görə, Yevlax təmsilçisi Vüsal Məsimovla 1 illik müqavilə imzalanıb.

25 yaşlı sol cinah müdafiəçisi son olaraq “Şamaxı” klubunda forma geyinib.